Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub

10.09.2021 [12:23]

Xəbərin mətni

Azərbaycanın və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad olunması tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.