Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır
14.09.2021 [12:03]
Xəbərin mətni
Salyanda əsas təsərrüfat sahələrindən biri də üzümçülükdür. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, Salyan rayonundakı üzüm bağlarında yığım prosesi yekunlaşmaq üzrədir. Bağ sahibləri bu il daha çox məhsul götürmək üçün budamanı vaxtında başa çatdırıb, sahələri zərərvericilərə qarşı dərmanlayıblar. Nəticədə üzüm bağlarında bol məhsul yetişib. Məhsulun bolluğu təbii ki, əkilən üzüm sortları ilə də bağlıdır.