Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yasamal rayonunda 11 küçə təmir edilib

14.09.2021 [13:27]

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, proqrama uyğun olaraq rayonun Əsəd Əhmədov küçəsi 308 saylı tam orta məktəb yolu, Zülfü Adıgözəlov, İbrahim Əbilov, 7-ci Sallaxana, Məhəmməd Xiyabani 211-204, General Həmidov, Süleyman Tağızadə, İsmayıl Talıblı 34 küçələrində və Məhsul stadionundan Talıblı küçəsi 32-ə qədər olan hissədə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlər tam yerinə yetirilib.

Bölmənin digər videoları