İQTİSADİYYAT


Qusarda 652 arıçı dövlət dəstəyindən faydalanıb

Qusarın Çiləgir kəndində yaşayan Musayev qardaşları da dövlət tərəfindən ayrılan subsidiyadan faydalanan arıçılardandır. İlqar və Tofiq Musayev qardaşlarının təsərrüfatlarında 200 arı ailəsi var. Arıçılar hər il 1 tondan çox bal əldə edir.
Arıçılar bu il havanın quraq keçməsinin təsərrüfata mənfi təsir göstərdiyini, amma alınan məhsulun qənaətbəxş olduğunu bildirib.