İQTİSADİYYAT


Qaraçuxur qəsəbəsində Nizami İsmayılov küçəsi təmir olunub

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
İnvestisiya Proqramı çərçivəsində Qaraçuxur qəsəbəsində 1 km uzunluğa malik Nizami İsmayılov küçəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.