İQTİSADİYYAT


Tərtərdə yeni nasos stansiyası tikilir

Tərtər rayonunda tikilən yeni nasos stansiyasının binasında hörgü-suvaq işləri görülür. Tikinti yekunlaşdıqdan sonra bina daxilində quraşdırılacaq nasoslar vasitəsi ilə kanaldan götürülən su ətrafda yerləşən əkin sahələrinə çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla sahələrin suvarılmasında yaşanan problem də aradan qalxacaq. Bu vaxta qədər rayonda əəkin sahələrinin böyük bir hissəsinin suvarılması yekunlaşıb. Yerdə qalan sahələrdə isə son suvarılma işləri aparılır.