CƏMİYYƏT


Kəlbəcərin mərkəzində elektrik enerji xətləri bərpa edilib

“Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.
Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.
Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik verliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansıyasınadək uzanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır