İQTİSADİYYAT


Zaqataladan axan çaylarda mühafizə tədbirlərinə başlanılıb

Zaqatala rayonunda suvarma mövsümü yekunlaşdıqdan sonra Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. İdarə tərəfindən təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel aparılır. Rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 43 kilometr sahil mühafizə bəndləri mövcuddur. Hər il mütəmadi olaraq bəndlərdə təmir-tikinti işləri görülür.