Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

20.09.2021 [13:40]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22°, gündüz 26-29° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacaq.