CƏMİYYƏT


Sabah Bakıda 28° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 26-28° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.