Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilib

23.09.2021 [16:17]

Xəbərin mətni

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.