İQTİSADİYYAT
İordaniya ilə Azərbaycan biznesmenləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
25.09.2021 [18:16]
Xəbərin mətni
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun Krallığın İrbid vilayətinə səfəri zamanı iki ölkənin iş adamları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.AZƏRTAC xəbər verir ki, diplomatımızın İrbid valisi Radvan Əl-Atum ilə görüşündə vilayətin sənaye müəssisələrinin istehsal potensialı haqqında məlumat verilib, həmçinin Azərbaycandakı iş adamları ilə idxal-ixrac və sərmayə imkanları ətrafında fikir mübadiləsi aparılıb.