SİYASƏT


Vətən müharibəsinin başlamasından bir il ötür

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin elan etdiyi 27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib. Yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər. Onlar şəhidlərin ailə və yaxınlarına başsağlığı veriblər. Daha sonra Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır