SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi Madriddə də anılıb

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən Madriddə Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının üzvləri iştirak ediblər.