İQTİSADİYYAT


Sabirabadda 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq

Sabirabad rayonunun Qaratəpə kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması davam edir. Bu məqsədlə kəndin əkin sahələrinin suvarılmasında uzun illər istifadə olunan və artıq istismar müddətini tamamlamış “Qaragöz latok 1” kanalı yeni novlarla əvəz olunur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə “latok 1” kanalı əsaslı şəkildə yenidən qurulur. Bu kanal hesabına 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla da suvarmada ən böyük problemlərdən olan su itkisinin qarşısı alınacaq. Təsərrüfat sahibləri və fermerlər əkin sahələrini daha səmərəli suvara biləcəklər.