SİYASƏT


Milli Məclisin sədri TÜRKPA-nın Şura iclasında çıxış edib

Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA Şurasının iclasında iştirak edib.AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrliyin Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçdiyini bildirib. Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.