İQTİSADİYYAT


Nəsimi rayonu Ceyhun Səlimov küçəsi əsaslı şəkildə təmir edilir

2021-ci ilin İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsi idi ki, artıq agentlik tərəfindən sözügedən küçədə aparılan əsaslı yenidənqurma işləri sonuncu mərhələdədir. Əraziyə lazımi sayda qüvvə və texnika cəlb olunmaqla işlər davam etdirilir.