İQTİSADİYYAT


Salyanlı fermerlər yonca sahələrində dördüncü biçin aparırlar

Respublikada yemçiliyin inkişafı diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Əlbəttə ki, bu sahədə problemin olmaması üçün böyük kənd təsərrüfatı rayonlarının üzərinə bir sıra öhdəliklər düşür. Salyan da yemçiliyin inkişaf etdirildiyi rayonlar sırasındadır.
AZƏRTAC xəbər verir ki, Salyanda kənd təsərrüfatının digər sahələri kimi, yem istehsalına da böyük önəm verilir. Yem bazasının gücləndirilməsi məqsədilə əkilən yonca bitkisi rayonun əsasən Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Şorsulu, Dayıkənd, Qızılağac kəndlərində becərilir.