Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Həftə sonları Bakı metrosunda qatarların hərəkət cədvəli pandemiyadan əvvəlki qaydada olacaq

29.09.2021 [15:39]

Xəbərin mətni

Oktyabrın 1-dən həftə sonları sərnişindaşıma fəaliyyətinə başlayan Bakı metropoliteninin hərəkət cədvəli pandemiyadan əvvəlki qrafikə uyğun tərtib olunub.
Bakı Metropolitenin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov bildirib ki, həftəiçi olduğu kimi istirahət günlərində də metropolitenin stansiyaları 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.