Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada keçirilən “Cosme Osaka” beynəlxalq sərgisində “AzRose” şirkətinin məhsulları böyük maraqla qarşılanıb

30.09.2021 [10:42]

Xəbərin mətni

Sentyabrın 29-da Yaponiyanın Osaka şəhərində açılan “Cosme Osaka” beynəlxalq kosmetika məhsulları sərgisində Azərbaycanı ilk dəfə “AzRose” şirkəti təmsil edir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın üçüncü şəhəri sayılan Osakanın “İntex-Osaka” expo mərkəzində açılan sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, bu ilki sərgiyə minlərlə ziyarətçinin gələcəyi gözlənilir.

Bölmənin digər videoları