SİYASƏT


Türkiyənin milli müdafiə nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub

Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. Qonaqlar ulu öndər Heydər Əliyevin Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu əks etdirən eksponatlarla yaxından tanış olublar.