Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

02.10.2021 [10:21]

Xəbərin mətni

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.Çıxış edən zabit, əsgər və valideynlər Vətən Müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. General-leytenant Fazil Ağalarov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları münasibətilə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb və muxtar respublikamızda ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI