Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın MMA döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb

05.10.2021 [19:06]

Xəbərin mətni

Azərbaycanın məşhur kikboksçusu və MMA döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, o, Fransanı təmsil edən Nayf Didie ilə K-1 qaydaları əsasında keçirilən döyüşdə qarşılaşıb.
Həmyerlimiz rəqibini texniki nokautla məğlub edib. İdmançılar arasında döyüş Çeçenistanda baş tutub.