İQTİSADİYYAT
Azərbaycan İstanbulda keçirilən XII Nəqliyyat və Rabitə Şurasında təmsil olunur
06.10.2021 [15:17]
Xəbərin mətni
Oktyabrın 6-da İstanbulda XII Nəqliyyat və Rabitə Şurası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi irimiqyaslı nəqliyyat layihələri, postpandemiya dövründə dünyada nəqliyyat və vahid inkişafı dəstəkləyəcək iqtisadiyyatın, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, regional problemlər və onların həlli yolları kimi bir sıra məsələlərin qlobal müzakirəsidir.
Tədbirdə ölkəmiz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.