Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

10.10.2021 [12:37]

Xəbərin mətni

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.