İQTİSADİYYAT


Şabran rayonunda Padar avtomobil yolu yenidən qurulub

Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan Padar avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Şabran rayonunun Padar kəndinə gedən avtomobil yolunun uzunluğu 2500 metr təşkil edir. Yolun əsaslı şəkildə IV texniki dərəcəyə uyğun yenidən qurulması 600 nəfərin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edib.