İQTİSADİYYAT


Şəmkirdə əkin sahələrinin su təminatını vaxtında və itkisiz həyata keçirmək üçün lazımi tədbirlər görülür

Prezidentin Sərəncamına əsasən Şəmkirdə 13 subartezian quyusunun qazılması planlaşdırılır. Həmçinin əkin sahələrinin su təminatını vaxtında və itkisiz həyata keçirmək üçün rayonun əsas su kanallarından olan “Pambıqlı” kanalının torpaq məcralı ərazisinin beton üzvlüyə alınması işləri də tamamlanmaq üzrədir. Kanalda işlərə ötən ildən başlanılıb.
AZƏRTAC xəbər verir ki, Şəmkir Suvarma Sistemləri İdarəsi suvarılmaya yararlı 40500 hektar sahənin suvarılmasında problemlərin yaranmaması üçün işlərini davam etdirir. Rayonda növbəti suvarma mövsümündə su itkisinin qarşısını almaq üçün idarənin balansında olan 930 kilometr arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. Artıq kanalların 300 kilometr hissəsində işlər tamamlanıb, qalan hissədə isə 30 texnika və canlı qüvvə ilə işlər davam etdirilir. Bunlarla yanaşı, torpaq məcralı kanalların beton üzlüyə alınması işləri də görülür.