İQTİSADİYYAT
Üç sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir
15.10.2021 [14:54]
Xəbərin mətni
Dövlətimizin başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23,5 kilometr, torpaq yatağının eni 21,6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir.