RƏSMİ


Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.AZƏRTAC xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verdi, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı və üzv ölkələrə Belarusa təşkilata rəhbərliyi dövründə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi.