RƏSMİ


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır