İDMAN


Qış Olimpiya Oyunlarının məşəli Pekinə gətirilib

“Pekin-2022” Qış Olimpiya Oyunlarının məşəli oktyabrın 20-də Afinadan Çin paytaxtına gətirilib.AZƏRTAC xəbər verir ki, Pekindəki “Olimpiya qülləsi”nin yerləşdiyi ərazidə məşəlin Çinə gətirilməsi ilə bağlı mərasim keçirilib. Bir müddət “Olimpiya qülləsi”ndə nümayiş olunduqdan sonra məşəlin Çinin müxtəlif bölgələrinə estafeti başlayacaq.