İQTİSADİYYAT


Bakıda “Rebuild Karabakh”, “BakuBuild 2021”, “Aquatherm Baku 2021” sərgiləri başlayıb

Bu gün çoxdan gözlənilən – “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi gerçəkləşdi.AZƏRTAC xəbər verir ki, sərginin açılışında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Soltanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatı, İqtisadiyyat komitəsinin sədri - Tahir Mirkişili, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbəy Qasımzadə, “Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron və başqaları iştirak ediblər.