Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naftalan şəhərində 16 km uzunluğa malik 34 küçə və yolda təmir işləri aparılır

22.10.2021 [18:12]

Dövlət başçısının Sərəncamına əsasən, Naftalan şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Belə ki, Sərəncama əsasən Naftalan şəhərində ümumi uzunluğu 16 km olan 34 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Bölmənin digər videoları