İQTİSADİYYAT


"Made in Azerbaijan" brendli məhsullar Çində istehlak yarmarkasında təqdim olunub

“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullar Çinin şimal hissəsində ən iri liman şəhəri olan Tiencində keçirilən Hayhe beynəlxalq istehlak sərgi-yarmarkasında təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Tiencin şəhər hökuməti və Çinin ən iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə yalnız sözügedən platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. Yaxın gələcəkdə Azərbaycanın “JD.com” platformasında ticarət evinin açılacağı nəzərə alınaraq, tədbirdə ölkəmizin iştirakı mümkün olub. Çində satışda olan “Made in Azerbaijan” brendli qida və kənd təsərrüfatı məhsulları vahid ölkə stendində nümayiş edilib.