İQTİSADİYYAT


Şəkidə suvarma kanalları yenilənir, köhnə su boruları dəyişdirilir

Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 38980 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. Əkin sahələrinin su ilə təminatı üçün 859 kilometr uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili kanallar istismar olunur.
AZƏRTAC xəbər verir ki, İdarə tərəfindən su itkisini minimuma endirmək üçün hər il torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır. Bununla yanaşı, həmin kanallar beton üzlüyə alınır. Elə kanallardan biri də uzunluğu 28 kilometr olan Dəhnə kanalıdır.