MƏDƏNİYYƏT


Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə minnətdarlığını bildirib. Gecəyə Rusiyanın Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.