İDMAN


Dünya şöhrəti futbolçu Maradonanın anadan olduğu gündür

Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularından biridir. O, Argentinanın “Arxentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boyz”, İspaniyanın “Barselona” və “Sevilya”, həmçinin İtaliyanın “Napoli” komandalarının heyətində çıxış edib. Argentinalı hücumçu İtaliya çempionatının və İtaliya Kubokunun, İspaniya Kubokunun və UEFA Kubokunun qalibi olub. Hücumçu 687 matçda 363, o cümlədən Argentina yığmasının heyətində keçirdiyi 113 oyunda 50 qol vurub. Maradona 2005-ci ilin iyunundan 2006-cı ilin avqustunadək Argentinanın “Boka Xuniors” klubunun futbol komissiyasının vitse-prezidenti, 2008-2010-cu illərdə Argentina yığmasının məşqçisi olub. 2010-cu ildə Argentina yığmasını dünya çempionatının dörddəbir finalına çatdırıb. 2020-ci il 25 noyabrda 60 yaşında qəfil ürək tutması nəticəsində vəfat edib.