“AzerGold” 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib
01.11.2021 [14:03]
Xəbərin mətni
“AzerGold” QSC-nin 5 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” - Yüksək dəyər meyarı!” şüarı ilə təqdim olunan videoçarx səhmdar cəmiyyətin ötən 5 il ərzində ölkəmizin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.