“Azərenerji”: Yaxın vaxtda Ağdamda da işığımız yanacaq
02.11.2021 [10:59]
Xəbərin mətni
İşğaldan azad edilən Ağdam rayonunda yaxın müddətdə işığımız yanacaq.“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ASC tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.