MƏDƏNİYYƏT


Ankarada beynəlxalq festivalın açılış konserti Azərbaycanın şanlı Zəfərinə həsr edilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin ildönümü qardaş Türkiyədə müxtəlif formalarda qeyd olunmaqdadır. Türkiyənin ən nüfuzlu musiqi festivallarından olan “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinə həsr edilib”.AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” mövzulu konsertdə korifey bəstəkarlarımızın əsərləri və xalq mahnılarımız səslənib.