Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ictimaiyyətə təqdim edib

04.11.2021 [11:42]

Xəbərin mətni

Tariximizə şan və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ildönümü yaxınlaşır. Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, sənətin müxtəlif sahələrində yeni -yeni möhtəşəm əsərlərin yaranmasına səbəb olub.