Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə 8 Noyabr - Zəfər Günü konsert proqramı ilə qeyd edilib

05.11.2021 [11:20]

Xəbərin mətni

Bu caz konserti xüsusi, vacib və tarixi bir günə, 8 Noyabr - Zəfər Gününə, Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarımızın, eləcə də münaqişə nəticəsində itkin düşmüş azərbaycanlıların əziz xatirəsinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Fransadakı səfirimiz Rəhman Mustafayev Parisdə “Kortot” konsert zalında Şuşanın azad edilməsinə həsr edilmiş konsertdən əvvəlki çıxışında söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti vurğulayaraq bildirib ki, hər il noyabrın 8-də ölkəmizdə Zəfər Günü qeyd ediləcək.