Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərişıq” Kəlbəcərdə gördüyü işləri yekunlaşdırmaq üzrədir

06.11.2021 [15:09]

Xəbərin mətni

“Azərişıq” ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.AZƏRTAC xəbər verir ki, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovoltuq izolyasiyalı və mühafizə olunan kabellərin çəkildiyi göstərilir. Bunun üçün isə səhmdar cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar. Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.