MƏDƏNİYYƏT


İstanbulda şanlı Qələbəmizə həsr olunan Zəfər Günü Piano Festivalı keçirilib

Noyabrın 6-da İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin birinci ildönümü münasibətilə Zəfər Günü Piano Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təşkilatçılığı, Türkiyənin tarixi Yıldız Teknik Universiteti (YTÜ) və “Mehcer” Köç Sənətçiləri Dərnəyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin iştirak ediblər.