MƏDƏNİYYƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestri Ankarada konsert proqramı ilə çıxış edib

Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibədəki şanlı Zəfərinin birinci ildönümü ilə bağlı təşkil olunan silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Ankarada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Ankaradakı Heydər Əliyev Parkında keçirilən tədbir ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.