MƏDƏNİYYƏT


Varşavada Zəfər Günü münasibətilə rəsm sərgisi açılıb

Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Mənim azad Vətənim” mövzusunda polşalı məktəbli şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.AZƏRTAC xəbər verir ki, səfirlikdə rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub və həmin rəsm əsərlərindən ibarət sərgi açılıb.