MƏDƏNİYYƏT


Nyu-Yorkda Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin təntənəli yekun konserti keçirilib

Noyabrın 5-də Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müxtəlif ölkələri təmsil edən səfirləri, diplomatik missiyaları və təşkilatları təmsil edən nümayəndələri, Azərbaycan icması nümayəndələrini və digər qonaqları salamlayıb. O qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir.