Azərbaycan Dövlət İnformasiya Agentliyi

Budapeştdə Zəfər Gününə həsr olunmuş turnir keçirilib

08.11.2021 [15:04]

Xəbərin mətni

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüs və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin hərtərəfli dəstəyi ilə paytaxt Budapeşt şəhərində Zəfər Gününə həsr edilmiş "Victory CUP" adlı futzal turniri keçirilib.AZƏRTAC xəbər verir ki, turnirdə Macarıstan universitetlərinin tələbələrindən ibarət 8 komanda iştirak edib.