SİYASƏT


Çin Xalq Respublikasında Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə dövlət himnimiz oxunub, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.