Zəfər Günü Azərbaycanın Yaponiyadakı Səfirliyində də qeyd olunub
09.11.2021 [14:47]
Xəbərin mətni
Azərbaycanın Yaponiyadakı Səfirliyində Vətən müharibəsində Qələbənin birinci ildönümünə - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.